Meşədə şir olmasa tülkü ağalıq edər.

Dangers keep people on the alert. На то и щука в море, чтобы карась не дремал. (Опасности заставляют человека быть настороже.)
meşədə böyüyüb
meşədən tutulub
OBASTAN VİKİ
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Tülkü
Tülkü (lat. Vulpes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Canavarlardan fərqli olaraq, tülkülərin, uzunsov sifəti, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb. Onların bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar. Özü qazdığı ya da boş yuvalarda məskən salır.
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Sıx meşədə
Sıx meşədə (藪の中, Yabu no naka) — Yaponiya yazıçısı Rünoske Akutaqava tərəfindən yazılmış, ilk dəfə 1922-ci ildə nəşr edilmiş hekayə. Bu, 2014-cü ildə "The Telegraph" tərəfindən "bütün zamanların 10 ən yaxşı Asiya romanı" siyahısına daxil edilmişdir. "Sıx meşədə" hekayəsinə bir neçə dəfə başqa medialarda əsər tərtib edilmişdir. Akira Kurosava tərəfindən 1950-ci ildə hekayə əsasında çəkilmiş "Raşomon" filmi bir neçə mükafata layiq görülmüşdür. Hekayə cəsədi Kioto yaxınlığındakı bambuk meşəsində tapılmış gənc samuray Kanazava no Takehironun dəhşətli ölümü ətrafında cərəyan edir. Əvvəlki hadisələr ilk növbədə ətrafda olanlar, köməkçi polis məmurunun və onun tanışı, sonra isə üç əsas personajın – samuray, arvadı Masaqo və quldur Tacomarunun ifadələrinə əsasən təqdim edilir, lakin məlumatların ziddiyyətli olmasına görə həqiqət gizli qalır. "Sıx meşədə" ilk dəfə Yaponiya aylıq ədəbiyyatı jurnal olan "Şinço"nun 1922-ci il yanvar sayında çıxmışdır. Murray, Giles. Breaking into Japanese Literature. Kodansha.
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Ağalıq bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Adi tülkü
Adi və ya qırmızı tülkü (lat. Vulpes vulpes) itlər fəsiləsindən (lat. Canidae) olan yırtıcı məməli növüdür. Adi və ya başqa adla qırmızı tülkü Avrasiyanın böyük hissəsini, Afrika və Amerikanın şimal vilayətlərini əhatə edən geniş areala malikdir. Bu nəhəng ərazidə tülkülərin fərdi və coğrafi, xüsusən rəng müxtəlifliyi o qədər böyükdür ki, zooloqlar 40-a yaxın yarımnöv ayırd edirlər. Qafqazda o cümlədən Azərbaycanda düzən, meşə və dəniz səviyyəsindən 3000 m-dək yüksəkdə olan dağ zonalarında yaşayır. Azərbaycanda ona ən çox Kür-Araz ovalığının açıq landşaftlarında, xüsusən Muğan, Mil, Şirvan və digər rayonların becərilməyən torpaqlarında, Kiçik Qafqazın düzən, dağətəyi rayonlarında təsadüf edilir. Meşə zonalarında azsaylıdır. Kür, Araz, Alazan və Qabırrıçay çayları boyunca yerləşən tuqay və digər meşələrdə onlara çox nadir hallarda təsadüf olunur. Subalp çəmənliklərdə tülkülərin sayı meşə zonalarına nisbətən çoxdur, lakin Böyük və Kiçik Qafqazın alp çəmənliklərində isə azsaylıdırlar.
Tülkü adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Uçan tülkü
İriqanad və ya uçan tülkü (lat. Pteropus) — Yarasalar dəstəsinə aid məməli heyvan cinsi. İri olurlar, quyruqları yoxdur.Bəzilərinin qanadları açılmış halda 1.4 m-dək olur.Dəstə ilə uçurlar.Burnu sivri, qulaqları xırdadır.Başı it, yaxud tülkü başına oxşayır. Cənubi və Cənub-Şərqi Asiyada, Yeni Qvineyada, Avstraliyada yayılmışdır. Əti yeməlidir.
Tülkü qızılquş
Tülkü qızılquş (lat. Falco alopex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Bu, uzun ensiz qanad və quyruğa malik böyük müşgüldür. Uzunluğu 32-38 sm, açılan vəziyyətdə qanadlarının uzunluğu 76-88 sm, kütləsi 250-300 qram arasında dəyişir. Dişiləri erkəklərindən 3% böyük olur.
Ağalıq (torpaq mülkiyyəti)
Ağalıq (türk. Ağalık) — Osmanlı imperiyasında vergi yığan mülkədar olan ağa tərəfindən idarə olunan feodal vahidi. Bosniya tarixində "ağalıq" adətən bir ağaya məxsus torpaq mənasında işlənir.
Kinq (şir)
Kinq (azərb. Kral‎; d. 1967, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 25 iyul 1973, Moskva, Rusiya SFSR, SSRİ) – Azərbaycan SSR-də Bərbərovlar ailəsi tərəfindən saxlanılan erkək şir. Kinq müxtəlif filmlərdə də çəkilmişdir: "İtalyanların Rusiyada ağlasığmaz macəraları", "Qız, oğlan və şir", "Şir evdən getdi". Sakit təbiəti və itaətkarlığı ilə seçilən Kinq 1974-cü ildə Moskvada yaratdığı panika zamanı öldürülmüşdü. Bakıdakı mənzillərində vəhşi heyvanlar, şir və puma saxlayan Bərbərovlar ailəsi bu qeyri-adi hobbilərinə görə o zamanlar bütün SSRİ-də məşhur idi. Bərbərovlar ailəsində ilk şir təsadüf nəticəsində peyda olmuşdu. Nina Bərbərova qızı Yeva ilə Bakı zooparkında gəzərkən təsadüfən xəstə və anası tərəfindən atılmış şir balasını görür. Qızı Yevanın istəyi ilə Nona Bərbərova ailənin başçısı, ixtisasca memar olan Lev Lvoviç Bərbərovdan həmin şir balasını evə götürməyi xahiş edir.
Qızıl Şir
Qızıl Şir (it. Leone d'Oro) — Venesiya Film Festivalında 1949-cu ildən etibarən ən yaxşı filmlərə verilən mükafat. Hazırda film sənayesində təqdim edilən ən nüfuzlu mükafatlardan biridir.
Şir (astrologiya)
Şir (♌︎) (yun. Λέων) — Zodiakın beşinci bürcü. Şir bürcünə aiddir və Xərçəngdən sonra və Qızdan əvvəl gəlir. Ənənəvi Qərb bürcü, Şiri 23 iyul — 23 avqust arasındakı dövrlə əlaqələndirir. Fəza koordinat sisteminin 120 ilə 150 dərəcəsini əhatə edir. Şir atəşlə əlaqələndirilir və modalı sabitdir. Tropik bürc altında Günəş bu bölgəni hər il orta hesabla 23 iyul — 22 avqust tarixləri arasında keçir. Sidereal bürc altında isə təxminən 16 avqust — 15 sentyabr arasında keçir. Şir bürcü mifoloji Nemey şiri ilə əlaqələndirilir. Şirin əks işarəsi Dolçadır.
Şir (bürc)
Şir (lat. Leo) — zodiakal bürc.
Şir (dəqiqləşdirmə)
Şir — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Şir (bürc) (lat. Leo) — zodiakal bürc. Şir (astrologiya) — Zodiakın beşinci bürcü.
Şir Ürəklilər
Şir Ürəklilər (ing. Sherdils) — Pakistan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1972-ci 17 avqust tarixində qurulmuşdur. 2010-cu ilə qədər Cessna T-37 Tweet təyyarələri istifadə olunub. Hal-hazırda Hongdu JL-8 təyyarələri istifadə olunur.
Kiçik Tülkü (bürc)
Kiçik Tülkü (lat. Vulpecula) — göyün şimal yarımkürəsində bürc.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Ucqar meşədə (film, 1997)
Son hədd (ing. The Edge) — 1997-ci ildə Li Tamahorinin rejissoruluğu ilə çəkilmiş, Entoni Hopkins və Alek Bolduinin baş rollarda oynadığı ABŞ filmi. Filmin süjetini varlı iş adamı Çarlz Mors (Hopkins), fotoqraf Bob Qrin (Bolduin) və köməkçisi Stiven (Harold Perrino) ilə əlaqədardır, onlar təyyarələri Alyaskanın meşələrində yerə çırpılaraq məhv olduqdan sonra sağ qalmaq üçün çalışırlar. Onların meşədə adamyeyən kadyak ayısı tərəfindən təqib olunmaları sağ qalmaq şansları daha da azaldır. Bir neçə Hollivud filmində rol alması ilə tanınan, təlim keçmiş Kodyak ayısı Bart bu filmdə son rollarından birində çəkilmişdir və qaniçən vəhşi obrazındadır. Yaşlı milyarder Çarlz Mors gözəl gənc model həyat yoldaşı Mikki ilə Alyaskaya səyahət edir, burada peşəkar fotoqraf Bob Qrin gözəl şəkillər çəkməyə ümid edir. Mikki ilə poza verməli olan adam xəstələndiyindən Bob Çarlzı qaldıqları evdə fotoşəkilini gördüyü bir hind ovçusunun yaşadığı gölə uçmağa inandırır və onun üçün fotosessiyanın mükəmməl olacağı qərarına gəlir. Uçuş zamanı təyyarə quşlarla toqquşur və gölə düşür. Pilot həlak olsa da, Çarlz, Bob və onun köməkçisi Stiven xilas olmağı bacardı. İndi əlaqə kəsilib, hava getdikcə soyuyur, xilas olma şansı azdır.
Uolden, yaxud meşədə həyat
"Uolden, yaxud meşədə həyat" (ing. Walden) amerikan filosofu və şairi Henri Devid Toronun əsas əsəri. Ralf Uold Emersonun transsendentalizm ideyalarını dərindən dərk etmiş 27 yaşlı Toro 1845-ci ilin yazında, cəmiyyətdən təcrid olaraq fikrini insanın özündə və ən əsas ehtiyaclarında cəmləşdirmək eksperimentini həyata keçirmək qərarına gəlir. O, Konkord şəhəri (Massaçusets ştatı) ətrafında, Uolden gölünün sahilində özünün tikdiyi daxmada məskunlaşır. Filosof gününün əsas hissəsini bostançılıqla, balıqçılıqla, avar çəkmə ilə, üzmə ilə, klassikləri oxumaqla keçirərək həyat üçün tələb olunan bütün şeylər ilə özü-özünü təmin edirdi. Toro düz iki il, iki ay, iki gün bu minvalla tənha yaşamışdır. Bununla belə, o insanlardan qaçmamış, gölün sahibi Emerson da daxil olmaqla Konkord sakinləri ilə müntəzəm olaraq söhbətləşmişdir. Toronun ilk dəfə 1854-cü ildə özü tərəfindən dərc olunan və meşədəki həyatı təsvir edən əsəri, onun bioqrafiyasının həqiqi vəziyyəti ilə tam uyğunluq təşkil etmir. Belə ki, başlıqlar ilin fəsillərinə müvafiq olaraq xronoloji ardıcıllıqla düzülmüşdür və belə bir təəssürat yaradır ki, filosof gölün sahilində cəmi bir il yaşamışdır. Toro öz eksperimentləri ilə maddi zənginliyə həris olan müasirlərinə anlatmaq istəyirdi ki, cəmiyyətdən kənarda da, öz təbii ehtiyaclarını öz əməyinlə ödəyərək də xoşbəxt və gözəl yaşamaq olar.
Arzular səyahət edər (film, 2007)
Have Dreams, Will Travel (Həmçinin bu adlarlada bilinir:Qərb Teksas laylası, Qərb Teksas uşaqlarının əhvalatı, Yüksək səslə arzula) 2007-ci ildə çəkilmiş 1960-cı illərə aid hadisələr canlandırılır. Film Bred İşaqs tərəvindən yazılmış və rejissorluq edilmişdir. Baş rollarda: Annsofiya Robb və Keyden Boyd. 12 yaşlı Ben Reynolds (Keyden Boyd) ona etinasızlıq edən valideynləri ilə birlikdə yaşayır. Bir gün evlərinin yaxınında bir maşın qəzası baş verir. Kess Keninqtın (Annsofiya Robb) Benlə yaşıd bir qızdır. O, qəzadan salamat çıxır, lakin valideynlərinin hər ikisi qəzada ölür. Kess sağalana qədər Reynoldların evində qalır və Benlə romantik münasibət yaşamağa başlayır. İkisi bir müddət sonra bir az pul və özlərinin çamadanını da yanlarına alıb evdən ayrılmağa qərar verirlər. Onlar gəlib bir fermaçının evində bir müddət qalır və burada evlənirlər.
Kiçik Şir (bürc)
Kiçik Şir (lat. Leo Minor) — göyün şimal yarımkürəsində bürc.
Qızardılmış şir kəllələri
Qızardılmış şir kəllələri — Kələm yarpaqlarının yanında olan qızardılmış ət parçaları şir kəlləsinə bənzədiyinə görə yemək belə adlanır. Rəvayətə görə, yeməyin müəllifi Yançjoudakı bir qadınmış. mal əti - 500 qram iri çiy krevetkalar - 7-8 ədəd qurudulmuş "şiitake" göbələkləri - 10 ədəd balaca kələm - 1 ədəd toyuq bulyonu - 150-200 ml göy soğan - 3-4 ədəd zəncəfil kökü - 3 sm şəkər tozu -1 xörək qaşığı ağ şərab - 1 xörək qaşığı küncüt yağı - 2 çay qaşığı nişasta duz istiot Şiitake göbələklərini qaynar suda 30-60 dəqiqə saxlayın, sonra xırda doğrayın. Krevetkalarıt iri tikələrlə doğrayın. Soğanı da bu formada doğrayın. Zəncəfili təmizləyin və xırda doğrayın. Mal ətini kiçik tikələrə kəsib blenderdə farş vəziyyəti alana qədər doğrayın. Ora krevetka, göbələk, göy soğan, şəkər tozu, zəncəfil, ağ şərab, soya sousu və bir qədər nişasta əlavə edin. Duzlayın və zövqünüzdən asılı olaraq, istiot əlavə edin. Farşı yaxşıca qarışdırıb yarım saatlığa soyuducuya qoyun.
Şir və Günəş
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır. Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir.